İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: “Rusiya olmadan Avropa mövcud deyil”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropanın Rusiya olmadan nə coğrafi, nə mədəni, nə də tarixi baxımdan mövcud olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Zaxarova bu fikirləri mətbuata açıqlamasında səsləndirib:

“Rusiya olmadan heç bir Avropa yoxdur — nə coğrafi planda, nə mədəni, nə də tarixi baxımdan,” – deyə o bildirib.

Zaxarova həmçinin qeyd edib ki, məhz Rusiyada qorunub saxlanılan dəyərlər üzərində Qərb Avropası qurulub:

“Rusiya — bu, elə Avropanın özüdür. Çünki bizdə hələ də qorunan əsl dəyərlər var. Məhz bu dəyərlər Qərbi Avropanın təməlini təşkil edib,” – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR