İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya artıq Azərbaycandan əl çəksin!" - Bakı sakinlərindən Medinskiyə SƏRT REAKSİYALAR

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində "Russia Today" kanalına müsahibəsi zamanı keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə səsləndirdiyi fikirlər, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi Azərbaycanda ciddi etiraz doğurub.

Bununla bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu cür açıqlamanın təəssüf və təəccüb doğurduğunu diqqətə çatdırıb.

Bəs nəyə görə Medinski Qarabağı hələ də mübahisəli bölgə adlandırır? Bunu təsadüfi açıqlama adlandırmaq, yoxsa Rusiyanın planı saymaq olarmı?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR