Onlayn ictimai-siyasi qəzet
Ötən il Yeni Kaledoniyada baş verən kütləvi iğtişaşların nəticələrinin aradan qaldırılması ölkəyə 3 milyard avrodan çox başa gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron, Nitsada keçirilən Sakit okean regionu ölkələrinin liderləri ilə görüşdə danışıb.
Makron bəyan edib ki, Fransa üçün prioritet məsələ bölgənin bərpasıdır və artıq bu məqsədlə böyük maliyyə ayrılıb. O, iğtişaşların “bir sıra amillərlə təhrik olunduğunu” qeyd etsə də, detallara varmayıb.
Prezident əlavə edib ki, Yeni Kaledoniya üçün “yeni layihə” hazırlanır və gələn həftə Parisdə maraqlı tərəflərlə məsləhətləşmələr aparılacaq. Bu layihə çərçivəsində referendumların keçirilməsi nəzərdə tutulur.
O vurğulayıb ki, əvvəlki üç müstəqillik referendumundan sonra yaranan “boşluq” təkrarlanmayacaq və bu dəfə səhvlərdən nəticə çıxarılacaq.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ