Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə İsrail hərbçilərinin böyük həvəslə Azərbaycan meyxanasını ifa etmələri ilə bağlı görüntülər yayılıb.
Video internetdə sürətlə yayılaraq geniş maraq doğurub.
İsraildə yerləşən hərbi bazalardan birində lentə alındığı ehtimal edilən kadrlarda israilli əsgərlərin məşhur "Şir həmişə şirdir, mənim qərdeşim!" meyxanasının ritmlərinə qoşularaq coşqu ilə rəqs etməsi və səmimi şəkildə əylənməsi əks olunub.
Azərbaycan musiqi və poeziyasının improvizasiya janrı olan meyxanaya bu maraqlı reaksiya yerli izləyicilər tərəfindən həm təəccüblə, həm də qürurla qarşılanıb, görüntülərə çoxsaylı müsbət rəylər gəlib./oxu.az
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ