Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Los-Anceles şəhərində baş verə biləcək dağıntıların onun əsgər göndərmək qərarı ilə qarşısının alındığını bildirib.
Musavat.com xəbər verir ki, Tramp bu fikirləri "Truth Social" sosial platformasında paylaşdığı açıqlamada qeyd edib. Prezident deyib ki, son üç gecə ərzində şəhərə əsgər göndərməsəydi, Los-Ancelesin tamamilə yanacağı qaçılmaz olardı:
“Əgər mən Los-Ancelesə əsgər göndərməsəydim, bu, bir zamanlar gözəl və böyük şəhər indi külə dönmüşdü. Bu, 25 000 evin yandığı faciəvi vəziyyətə bənzərdi. Hər şey bacarıqsız qubernator və merin ucbatındandır,” – deyə Tramp bildirib.
O əlavə edib ki, federal hökumət tərəfindən yanan evlərin yenidən tikintisi üçün icazə prosesi demək olar tamamlanıb, lakin şəhər və ştat səviyyəsindəki sadə prosedurlar ləngiyir və qarışıqlıq yaradılır.
“İnsanlar evlərini bərpa etmək istəyir. Gedin bacarıqsız qubernatorunuza və merinizə zəng edin! Federal icazələr artıq hazırdır!” – deyə ABŞ prezidenti vurğulayıb.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ