İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Rusiyaya yeni sanksiyalar: “Şimal axını”na qadağa və neftə qiymət tavanı endirilir

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu dəfə tədbirlər “Şimal axını” qaz kəmərlərinin istifadəsinə qadağa və Rusiya neftinə müəyyən olunmuş qiymət tavanının aşağı salınmasını nəzərdə tutur.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlama verib.

Onun sözlərinə görə, Avropa Komissiyası “Böyük Yeddilik” (G7) ölkələrinə Rusiya neftinin qiymət tavanını hazırkı 60 ABŞ dollarından 45 dollara endirməyi təklif edib və bu qərarın icrasına nəzarət etməkdə israrlıdır.

“Avropa İttifaqının yeni sanksiyaları Rusiyanın enerji gəlirlərinə ciddi zərbə vuracaq. Bu tədbirlərlə biz həm də Kremlin müharibə maşınının maliyyələşməsinin qarşısını almağa çalışırıq,” – deyə fon der Lyayen bildirib.

Hazırda yeni sanksiya paketinin detalları üzərində iş aparılır və yaxın günlərdə Aİ tərəfindən rəsmi olaraq təqdim olunacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR