Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti anlayır ki, onların cəmi bir neçə ayı qalıb – xalq artıq onları qəbul etmir.”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianı “Ermənistan” blokunun deputatı Qarnik Danielyan səsləndirib.
Onun iddiasına görə, hazırkı iqtidarın qanuni yollarla hakimiyyətdə qalmaq şansı qalmayıb. Müxalifət baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hər gün aktiv addımlar atır. Danielyanın fikrincə parlament seçkilərinə ehtiyac qalmadan bu proses başa çatmalıdır.
Qeyd edək ki, Qarnik Danielyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryana yaxınlığı ilə bilinir.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ