Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya kralı III Çarlzın sağalmaz xərçəngə tutulduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti kral ailəsinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, 76 yaşlı monarxın xəstəliyi ölümcül olmasa da, tam müalicə edilə bilən deyil. Mənbələr qeyd edirlər ki, Kral III Çarlz ömrünün sonuna qədər bu xəstəliklə yaşamalı olacaq.
Eyni zamanda vurğulanır ki, kral çox güman, heç vaxt Bukingem sarayında yaşaya bilməyəcək. Sarayın bərpasının üç il sonra tamamlanacağı qeyd olunur.
Hazırda kralın səhhəti və müalicə prosesi barədə rəsmi açıqlama verilməyib. Saray isə xəbərlərə münasibət bildirməkdən çəkinir.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ