İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Ələkbərzadə ilə bağlı Türkiyədən SƏRT QƏRAR - "AzDrama"ya qadağa qoyuldu

"Akademik Milli Dram Teatrının adı bədii rəhbər Mehriban Ələkbərzadənin İstanbul Şəhər Teatrlarına qarşı səsləndirdiyi iftiralara görə, İstanbul Mekan Tiyatro Beynəlxalq Teatr Festivalının komitəsindən çıxarılıb".

Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, hazırda Türkiyədə yaşayan aktrisa-rejissor Məlahət Abbasova deyib.

Onun sözlərinə görə bu qərar, Mehriban Ələkbərzadənin sosial şəbəkələrdə paylaşdığı və İstanbul Şəhər Teatrlarına yönəlik ittihamlarla dolu paylaşımının ardından verilib:

"Tarixən İstanbul Şəhər Teatrlarında vəzifələrə təyinatlar heç vaxt tanışlıq və qohumbazlıq əsasında edilməyib. Mehriban Ələkbərzadənin “hocanın adamının adamı” kimi ifadə işlətməsi isə yalnız qərəzli deyil, həm də İstanbul Şəhər Teatrlarının nüfuzuna ciddi zərbə vurmuş böyük bir hörmətsizlik kimi dəyərləndirilib. Məhz bu səbəbdən qərara alınıb ki, Mehriban Ələkbərzadə vəzifədə olduğu müddətdə Akademik Milli Dram Teatrı İstanbul Beynəlxalq Teatr Festivalında iştirak etməyəcək. Nəticə etibarilə, Mehriban Ələkbərzadənin yalnız "AzDrama"nı deyil, bütövlükdə sənət cameəsini bir-birinə vurduğu kimi iki qardaş ölkənin mədəniyyət ocaqları arasında da nifaq salmağı bacardı".

Qalmaqala səbəb olan həmin paylaşımı təqdim edirik:

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR