Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib: “Biz fikir ayrılıqlarının keçmişdə qalmasını təmin etmək üçün dövlətlər arasında dialoqu təşviq edəcək və etimadı artıracaq regional əməkdaşlıq formatını təklif etməyə hazırıq”.
Musavat.com xəbər verir ki, o, fikrinin davamında aşağıdakıları söyləyib:
“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən yeni imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh prosesini, xüsusilə qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri alqışlayırıq. Biz münaqişənin keçmişdə qalmasını və regionun resurslarının və faydalarının dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlığı və etimadın qurulmasını dəstəkləyən regional əməkdaşlıq formatını istəyirik”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ