İnsanlara hürriyət, millətlərə istiqlal!

Evində paltaryuyan maşını olan mənzillər CƏRİMƏLƏNƏCƏK

Paltaryuyan maşınla bağlı təhlükə – səhv quraşdırma və qanunsuz dəyişikliklər minlərlə manat zərərə səbəb ola bilər 

Musavat.com xəbər verir ki, Rusiyada paltaryuyan maşınların özbaşına quraşdırılması bir çox problemlərə yol açıb. 

Çoxmənzilli binalarda mənzil sahibləri öz evlərində etdikləri texniki dəyişikliklərə və təmir işlərinə görə tam cavabdehdirlər. Bəzən adi paltaryuyan maşının düzgün quraşdırılmaması və ya mənzilin planında edilən dəyişikliklər ciddi məhkəmə çəkişmələrinə və böyük maliyyə itkilərinə səbəb olur.

Hüquqşünas İrina Sivakova Telegram kanalında bu mövzuda üç real məhkəmə işini təhlil edib:

✔️Buryatiyada baş verən hadisədə paltaryuyan maşın mətbəxdəki 50 mm-lik kanalizasiya borusuna qoşulub. Sistem bu qədər su axınını idarə edə bilmədiyindən aşağı mərtəbədəki mənzili dəfələrlə su basmışdı. Məhkəmə ev sahibini 50 min rubl məbləğində zərəri ödəməyə məcbur edib.

✔️Saratov vilayətində isə ev sahibi paltaryuyan maşını quraşdırmaq üçün çuqun kanalizasiya borusundan istifadə edib. Bu, elektrik naqillərinin metal ilə təmasına və nəticədə su borusunun əriməsinə səbəb olub. Hadisə nəticəsində bir neçə mənzilə ziyan dəyib və məhkəmə təxminən 350 min rubl məbləğində kompensasiya qərarı çıxarıb.

✔️Üçüncü və daha əlamətdar hadisə qanunsuz yenidənplanlaşdırma ilə bağlı olub. Mənzil sahibi mətbəxi yaşayış otağına keçirərək "trap"ı aşağı mərtəbədəki qonşuların yaşayış otağının üzərinə yerləşdirib. Bu səbəbdən qonşular nəmlik və səs-küy problemi ilə üzləşiblər. Tikinti normalarına əsasən, belə dəyişikliklər qəti qadağandır. Məhkəmə mənzil sahibini planı əvvəlki vəziyyətə qaytarmağa və məhkəmə xərclərini ödəməyə məcbur edib.

Bu misallar göstərir ki, mənzildə aparılan hər bir texniki və ya struktur dəyişikliyi ciddi qaydalara əsaslanmalıdır. Məhkəmə təcrübəsi də göstərir ki, məhkəmələr zərərçəkmiş qonşuların hüquqlarını qorumaqda qətiyyətlidirlər.

Beləliklə, mənzildə dəyişiklik etməzdən əvvəl müvafiq qanunvericilik və texniki normalar diqqətlə öyrənilməlidir. Əks haldaRusiya sakinləri cərimələnəcəklər. 

 Mənbə: https://prochepetsk.ru/news/44301

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR