Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin müdafiə naziri Pit Heqsetin ofisi Pentaqonun təhlükəsizlik protokollarından yan keçən təhlükəsiz internetə çıxış nöqtəsi ilə təchiz edilib.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press öz mənbələrinə istinadən yayıb.
Bildirilir ki, Pentaqon rəhbəri məxfi dövlət məlumatlarının sızması ilə bağlı iki qalmaqalla əlaqəli olan Signal messencerindən istifadə etmək üçün təhlükəsiz olmayan kanal vasitəsilə internetə daxil olub. Bir mənbə bildirib ki, Heqset əvvəlcə masasından uzaqda simsiz şəbəkəyə qoşulub və sonra kompüterinin şəbəkəyə qoşulmasını istəyib.
Qeyd olunur ki, təminatsız əlaqə haker hücumlarından etibarlı mühafizəyə malik olmayıb, həm də hökumətin məlumatların saxlanması tələblərini poza bilər. Daha əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Heqset mobil rabitə çatışmazlığını kompensasiya etmək üçün Pentaqondakı kompüterində məxfi məlumatların ötürülməsi üçün nəzərdə tutulmayan “Signal messenger” proqramını quraşdırıb.
Aprelin 20-də “The New York Times” mənbələrinə istinadən xəbər verib ki, Heqset martın 15-də Pentaqon əməkdaşı olmayan arvadı Cennifer, qardaşı Fil və şəxsi vəkili Tim Parlatore (hər ikisi Pentaqon işçisi) ilə söhbətində Ənsər Allah-ınmövqelərini vuran F/A-18 Hornet qırıcılarının uçuş cədvəlini açıqlayıb. Nəşrin qeyd etdiyinə görə, ABŞ administrasiyasının rəsmilərinin “Siqnal”da qalmaqal obyektinə çevrilən söhbətindən fərqli olaraq, ikinci söhbət Pentaqonun rəhbəri tərəfindən şəxsən yaradılıb və ona yaxın çevrəsindən 10-a yaxın adam daxil olub. ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bu xəbərləri təkzib edib."Politico" qəzetinin məlumatına görə, Pit Heqsetin baş qərargah rəisi Co Kasper vəzifəsini tərk edir. Məlumata görə, “Pentaqonda nüfuz uğrunda mübarizədə əsas rol oynamış” Kasper aprelin 25-dən ABŞ Müdafiə Nazirliyində fəaliyyətini dayandıracaq. Nəşr qeyd edir ki, əvvəllər onun Pentaqonda yalnız başqa vəzifəyə keçəcəyi güman edilsə də, hazırda Kasper lobbiçilik və məsləhətçiliyə qayıtmaq niyyətindədir. “Politico”nun məlumatına görə, Kasper faktiki olaraq ABŞ Müdafiə Nazirliyinin üç yüksək rütbəli məmurunun: Pentaqonun Baş Qərargah rəisinin müavini Darin Selnik, müdafiə nazirinin müşaviri Den Koldvelin və müdafiə nazirinin müavini Kolin Kerrollun qərargah rəisinin işdən çıxarılması təşəbbüsü ilə çıxış edib. Qəzet yazır ki, bəzi məmurlar işdən çıxarılmaları Kasperin hakimiyyəti əlində cəmləşdirmək cəhdi kimi qiymətləndirir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ