İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yahoo" "Chrome"u almaq istəyir: Məhkəmə nə qərar verəcək?

ABŞ texnologiya nəhəngi "Yahoo" "Chrome" brauzerini almaq istəyir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, şirkət ABŞ məhkəməsi "Google"a antiinhisar işi ilə bağlı "Chrome"dan imtina etməyə qərar versə, brauzeri almağa hazır olduğunu açıqlayıb.

Agentlik "Yahoo Search" axtarış sisteminin baş meneceri Brayan Provostdan sitat gətirir: "Chrome", şübhəsiz ki, İnternetdə ən mühüm strateji oyunçudur". O, "Chrome" brauzerini on milyardlarla dollar dəyərində qiymətləndirib. Provost qeyd edib ki, "Yahoo" öz brauzerini inkişaf etdirir, lakin hazır məhsulu da almağı düşünür.

Bundan əvvəl OpenAI də "Google" brauzerini almaqda maraqlı olduğunu açıqlamışdı. Əgər razılaşma əldə olunarsa, OpenAI ChatGPT chatbotunu "Chrome"a daha dərin inteqrasiya etməyi planlaşdırır.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi "Google"dan "Chrome" brauzerinin sahibliyindən imtina etməsini və digər şirkətlərlə öz məhsullarında texnologiya nəhənginin axtarış sistemindən istifadə etmək üçün müqavilə bağlamağı qadağan etməsini tələb edərək məhkəməyə müraciət edib. ABŞ hökuməti "Google"u inhisar statusundan məhrum etməyə çalışır. Hesab olunur ki, bu, potensial rəqiblərin "internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə" mane olur.

Keçən il avqustun 5-də Kolumbiya dairəsinin federal məhkəməsi "Google"un axtarış sistemlərində və onlayn reklamlarda inhisarını saxlamaq üçün bazar gücündən sui-istifadə etdiyinə dair qərar çıxarıb. Məhkəmə qərara alıb ki, şirkət "Google"u Safari brauzerində defolt axtarış sistemi etmək üçün elektronika istehsalçısı Apple ilə müqavilə bağlayaraq internet axtarış bazarının təxminən 90 faizini rəqiblərindən bloklayıb. Oxşar müqavilələr avadanlıq istehsalçısı “Samsung” və “Verizon” mobil operatoru ilə də bağlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR