Onlayn ictimai-siyasi qəzet
Aprelin 25-də səhər saatlarında maraqlı astronomik hadisə baş verəcək.
Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə təxminən saat 05:00-06:00 aralığında səma müşahidəçiləri Ayın, Veneranın və Saturnun bir-birinə yaxın görünüşünü izləyə biləcəklər.
Planetlərin və Ayın bu düzülüşü səmada “təbəssüm” formasını xatırladacaq və qeyri-adi görüntü yaradacaq. Mütəxəssislər bildirirlər ki, hadisəni açıq hava şəraitində və işıqsız ərazilərdə daha aydın görmək mümkün olacaq.
Bu tip səma hadisələri nadir hallarda baş verir və astronomiyaya marağı olanlar üçün xüsusi əhəmiyyət daşıyır.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ