İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp qərar verdi: ABŞ-də hasilata başlanacaq

ABŞ prezidenti Donald Tramp dəniz dibi mineral ehtiyatların hasilatının inkişafı ilə bağlı sərəncam imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sərəncam Ağ Evin mətbuat xidməti tərəfindən açıqlanıb.

Sərəncamda deyilir: "Geniş dəniz əraziləri kritik mineral və enerji ehtiyatlarına malikdir. Bu ehtiyatlar iqtisadiyyatımızın gücləndirilməsi, enerji gələcəyimizi təmin etmək və kritik mineralların xarici təchizatçılarından asılılığımızı azaltmaq üçün açardır. Ölkəmiz dəniz dibinin mineral ehtiyatlarının məsuliyyətli işlənməsini sürətləndirmək üçün təcili tədbirlər görməlidir, ölkəmizin dəniz dibindəki mineral ehtiyatların kəmiyyətini müəyyənləşdirməli, mədənçıxarma və emal texnologiyalarında Amerika liderliyini bərpa etməli və müdafiə, infrastruktur və enerji sektorlarımız üçün etibarlı təchizat zəncirlərini təmin etməlidir”.

Aprelin əvvəlində Tramp bildirmişdi ki, Birləşmiş Ştatlar böyük həcmdə kritik minerallar və nadir torpaq metalları istehsal etməyə qadirdir. Daha sonra o, həmçinin emal olunmuş kritik mineralların və onların emal məhsulların idxalının ABŞ-nin milli təhlükəsizliyinə təhdid olub-olmaması ilə bağlı araşdırmaya başlamaq üçün sərəncam imzalayıb.

Qeyd edək ki, Çinə qarşı 145 faizlik rüsum tətbiqindən sonra Pekin nadir torpaq metalları və kritik mineralların ixracına qadağa tətbiq edib. Bunun ABŞ texnologiya sektoru üçün böyük problemlər yaradacağı gözlənilir. Belə ki, tenxoloji istehsal üçün zəruri olan həmin məhsulların 90 faizindən çoxunu Çin istehsal edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR