İnsanlara hürriyət, millətlərə istiqlal!

Harvard Universiteti 1 milyardlıq səhmini satışa çıxarıb

Harvard Universiteti 1 milyard dollarlıq aktiv satmaq üçün danışıqlar aparır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.

Bildirilir ki, söhbət təhsil müəssisəsinin şəxsi fondunun səhm portfelindən gedir. Harvard Universiteti səhmləri Lexington Partners investisiya firmasına satmaq üçün Jefferies Financial Group ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb və dəyişdirilə bilər.

Agentlik qeyd edir ki, Universitet 2024-cü ildə, hətta Trampın andiçmə mərasimindən əvvəl portfeli satmaq üçün işlərə başlayıb. Yeni administrasiyanın universitetə qarşı başladığı təzyiq siyasəti bu prosesi sürətləndirib.

Xatırladaq ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Nazirliyi isə Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Bundan əvvəl Amerika administrasiyası yəhudi əsilli tələbələri antisemitizmdən qorumaqla əsaslandıraraq məktəbin siyasətində dəyişiklik edilməsini tələb etmişdi. “The New York Times” qəzetinin yazdığına görə, Harvard Ağ Evlə əməkdaşlığa çalışıb, lakin sonradan tələblər siyahısına “antisemitizmlə əlaqəsi olmayan maddələr” daxil edilib. Harvard Universitetinin prezidenti Alan Qarber onlarla razılaşmadqan imtina edib.

Universitet eyni zamanda əvvəlcədən imzalanan müqavilələrin əsassız dayandırılmasına görə Ağ Ev administrasiyasını məhkəməyə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR