İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin hava yolları şirkətləri biletləri cəriməsiz qaytaracaq

Türkiyənin Pegasus, Türk Hava Yolları və AJet hava yolları İstanbulda baş verən zəlzələ ilə əlaqədar sərnişinlərə ölkədaxili biletləri geri qaytarmağa və ya gediş tarixlərini cəriməsiz dəyişməyə icazə verib.

Hər üç şirkət İstanbuldan qalxan və ya şəhərə gələn daxili reyslərdə sərnişinlərin bir həftə ərzində uçuşlar üçün gediş tarixlərini pulsuz olaraq dəyişdirə və ya biletini müəyyən bir tarix göstərilməyən bir biletlə dəyişdirə biləcəklərini vurğulayıblar.

Qeyd edək ki, aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələdən zərərçəkənlərin sayı 236 nəfər təşkil edib./Teleqraf/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR