Onlayn ictimai-siyasi qəzet
Suriyanın hakimiyyət orqanları Hizbullah təşkilatının silahlı tərəfdarlarının Homs əyalətinin cənub-qərbindəki Əl-Qusayr sərhəd bölgəsində təhlükəsizlik postlarını atəşə tutduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı SANA agentliyi Suriya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, atəş Livan ərazisindən açılıb: “Cavab olaraq qüvvələrimiz minaatan mərmilərinin atıldığı nöqtələrə zərbələr endirib”. Orada bildirilir ki, Suriya hərbi komandanlığı hadisə ilə bağlı operativ tədbirlər görən Livan ordusu ilə əlaqə saxlayıb.
Öz növbəsində Janoubia xəbər portalı Suriya tərəfdən buraxılan pilotsuz təyyarənin Hoş əs-Seyyid Əli qəsəbəsi yaxınlığında Livan ərazisinə düşdüyünü bildirib. Nəticədə 8 nəfər xəsarət alıb, bütün zərərçəkənlər Hermel şəhərindəki xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, martın 27-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Livan və Suriyanın müdafiə nazirləri Mişel Menassa və Murhaf Əbu Qəsrə birgə sərhədin demarkasiyası haqqında saziş imzalayıblar. Onlar arasında danışıqlara şahzadə Xalid bin Salman Əl Səud vasitəçilik edib. Müdafiə nazirləri 375 km-lik Livan-Suriya sərhədində sabitliyi qorumaq üçün mexanizmlər hazırlayacaq ikitərəfli ixtisaslaşdırılmış komitələrin yaradılması barədə razılığa gəliblər.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ