İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlu hakim qarşısında - SON XƏBƏR

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu bələdiyyəyə qarşı aparılan cinayət istintaqı çərçivəsində məhkəməyə çıxarılıb və həbs tələbi irəli sürülüb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğu, İmamoğlu və digər 99 şübhəli haqqında müxtəlif ağır cinayətlərlə bağlı istintaq aparır. Cinayətkar təşkilata rəhbərlik, korrupsiya, tenderlərin saxtalaşdırılması və şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi ittihamlar bu şəxslərə qarşı yönəldilib.

İmamoğlu, həmçinin “PKK/KCK terror təşkilatına yardım” ittihamı ilə də üzləşib. Şübhəlilər, əməliyyatlardan sonra İstanbul Ədliyyə Sarayına gətirilərək ifadə veriblər. İmamoğlu ilə yanaşı, digər şəxslər də terror təşkilatına yardım etmək ittihamı ilə məhkəməyə cəlb olunublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR