Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sankt-Peterburq şəhərində ermənisəsilli şəxs 19 yaşlı Rusiya vətəndaşını güllələyib.
Musavat.com xəbər verir ki, bu barədə video və məlumat telegram kanallarında yayılıb.
Qeyd edilib ki, 30 yaşlı miqrant Levon Sarkisyan 19 yaşlı oğlana (adı dəqiqləşdirilir) travmatik silahla atəş açıb.
Belə ki, Levon Sarkisyan “Lexus” markalı avtomobilini düzgün saxlanmaması barədə fikir söylədiyi üçün 19 yaşlı oğlanı travmatik tapança ilə 3 dəfə vurub.
Zərərçəkmiş xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polis araşdırmalara başlayıb, cinayətkar həbs edilib.
Görüntüləri təqdim edirik.
@@TVmusavat/111397@@
Toğrul İSMAYIL,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ