Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Müşavirliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.
Musavat.com xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir.
Şahanə Rəhimli
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ