İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda GÜCLÜ ZƏLZƏLƏ

İranın cənub-şərqindəki Kerman əyalətində 5 maqnitudalı zəlzələ olub.

Musavat.com xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.

Ölü və ya yaralı barədə hələlik məlumat yoxdur. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR