İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin heç yerdə yayımlanmayan tabloları - "Yanan Kreml", "Batan rus gəmisi"

Amerikanın tanınmış "Time" jurnalı maraqlı məqalə dərc edib.

Musavat.com xəbər verir ki, məqalədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində divardan asılmış tablolardan bəhs edilir.

Jurnalın yayımladığı xəbərdə paylaşılan fotoda sağda Ukrayna əsgərlərini əks etdirən tablo, solda isə "Yanan Kreml" tablosu göstərilir. "Time" yazır ki, bu, prezidentin ən sevimli tablosudur.

Zelensky paintings

Məqalədə Zelenskinin çarpayısının üstündən asılmış rəsmdən də bəhs edilir: "Tablo Qara dənizdə batmaqda olan rus hərbi gəmisini təsvir edir. Yəqin ki, söhbət “Moskva” kreyserindən gedir."

Lakin "Time" həmin şəkli yayımlamayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR