Onlayn ictimai-siyasi qəzet
Urmiyada keçirilən əzadarlıq mərasimində iğtişaş yaradıb, irqçi şüarlar səsləndirərək İran xalqları arasında fitnə salan şəxslər aşkarlanıb cəzalandırılacaq.
Musavat.com Gunaz.TV-yə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki təhlükəsizlik və kəşfiyyat bölməsinin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan əyaləti və Urmiya şəhərinə torpaq iddialarına qarşı martın 22-də Urmiyada türklərin izdihamlı mitinqi keçirilib. Mitinq İmam Əlinin vəfat gününə təsadüf etdiyinə görə, yerli hökumət rəsmiləri və hökumət mollaları milli şüarlar səsləndirən Azərbaycan türklərinin cəzalandırılmasını tələb ediblər.
İran parlamentində təmsil olunan kürd deputat da etirazçılara qarşı tədbirlər görməyə çağırıb.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ