Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası ABŞ-la davamlı ticarət disbalansı olan ölkələrə tariflər tətbiq etməyi planlaşdırır.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, onların arasında Avropa İttifaqı, Çin, Rusiya və digərləri var.
Ağ Ev Donald Trampın aprelin 2-də tətbiq edəcəyini bildirdiyi tariflərlə bağlı siyasətini nəzərdən keçirir. “The Wall Street Journal” yazır ki, administrasiya sənaye tariflərindən imtina etmək və diqqətini ABŞ-nin xarici ticarətinin əhəmiyyətli hissəsini təşkil edən ölkələrə yönəltmək niyyətindədir.
Nəşrin mənbələrinə görə, tariflər ABŞ ilə davamlı ticarət disbalansı olan ölkələrin təxminən 15%-nə tətbiq oluna bilər. Bu siyahıya Avropa İttifaqı ölkələri, Avstraliya, Braziliya, Kanada, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, Vyetnam və Rusiya daxildir.
WSJ-nin müsahibləri qeyd edirlər ki, Trampın komandası prezidentin fövqəladə iqtisadi səlahiyyətlərindən istifadə edərək aprelin 2-də tarifləri tətbiq edə bilər. Lakin bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.
Musavat.com
27 Mart 2025
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ