Onlayn ictimai-siyasi qəzet
Hakerlər Kreml rəhbərinin əmisi nəvəsi Mixail Putinin kompüterini sındırıblar.
Musavat.com “Qordon” telegram kanalına istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Kompüterdə Mixail Putinin 2023-cü ildə Genotek tərəfindən edilən DNT analizi olub.
“Qohumluq dərəcəsini nəzərə alsaq, onunla əmisi nəvəsi arasında genetik oxşarlıq 6,5% təşkil edir. Beləliklə, hakerlər Kreml rəhbərinin genetik kodunun bir hissəsini əldə ediblər.
DNT analizi göstərdi ki, Mixail Putin atasoy xətti üzrə Rusiyada nadir rast gəlinən E-V13 haploqrupuna aiddir (bu o deməkdir ki, Vladimir Putin də bu haploqrupa aiddir). Bu genetik xəttin mənşəyi müasir Kosovo ərazisinə gedib çıxır – orada insanların 30%-i bu haploqrupa malikdir, Rusiyada isə bu göstərici 5%-dən azdır”, - məlumatda deyilir.
2010-cu ildə Britaniyanın “Daily Mail” nəşri Adolf Hitlerin də nadir E-V13 (digər adıyla E1b1b) haploqrupunun daşıyıcısı olduğunu yazıb.
“Bəlkə də elə buna görə Putin mənşəyini bu qədər gizlədir”, - deyə “Bild” nəşri yazıb.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ