İnsanlara hürriyət, millətlərə istiqlal!

Kostanayda yollarə daşqınlardan yeni növ qurğularla qoruyurlar

Qazaxıstanın Kostanay vilayətində yolları daşqınlardan qorumaq üçün yeni növ daşqın bəndləri quraşdırılıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, daşqınlar zamanı yolları su basmasının qarşısını almaq üçün belə bəndləri quraşdırmaq və daşqın təhlükəsinin qarşısını tez bir zamanda almaq lazım olan yerlərə köçürmək çox asandır.

Daşqın bəndi suya davamlı materialdan hazırlanmış xüsusi hermetik borudur. Onun uzunluğu 25 metr, hündürlüyü isə 1,5 metrdir. Lazım gələrsə, bənd tez bir zamanda su və ya hava ilə doldurulur, ağır və sabit olur.

Belə bir bənd suyun təzyiqini effektiv şəkildə saxlayır, onun qorunan əraziyə yayılmasının qarşısını alır. Daşqın təhlükəsi aradan qaldırıldıqdan sonra bənddən su və ya hava buraxılır, sonra struktur kompakt şəkildə bükülür və növbəti istifadəyə qədər saxlanmaq üçün götürülü.

Artıq “Kostanay – Auliekol – Surqan” və “Şimali Qazaxıstan vilayətinin sərhədi – Sarıkol – Kostanay” marşrutlarında belə bəndlər quraşdırılıb.

Bu qurğuların tezliklə digər ölkələrin FHN strukrurlarının arsenalında yer alacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR