Onlayn ictimai-siyasi qəzet
Tehranla Vaşinqton arasında təhdidlər və ABŞ prezidenti Donald Trampın "maksimum təzyiq" siyasəti səbəbindən birbaşa dialoq mümkün deyil.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bu məsələdə mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti və səsləndirilən təhdidlər fonunda ABŞ-la birbaşa danışıqlara getməyəcək. ABŞ tərəfinin İran və İran xalqına münasibətində dəyişiklik baş verməyənədək birbaşa dialoq olmayacaq. Hər gün səsləndirilən siyasət və ittihamlar fonunda biz ABŞ tərəfi ilə birbaşa danışıqlara getməyəcəyik, lakin dolayı danışıqlar yolu açıqdır", - deyə Əraqçi SNN telekanalının efirində vurğulayıb.
Əlavə edib ki, Tehranın əsas məqsədi ölkənin və xalqın maraqlarını müdafiə etməkdir, hakimiyyət bu məqsədin həyata keçirilməsi üçün “heç bir fürsəti əldən verməyəcək”.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ