İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov BMT nümayəndəsi ilə GÖRÜŞDÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək plan və birgə layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin fəaliyyəti xüsusilə qeyd edilib.

Qeyd edilib ki, Azərbaycanın sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə ölkəmizin təkcə humanitar sahədə deyil, mədəniyyət sahəsində də genişmiqyaslı və dağıdıcı nəticələrlə qarşı-qarşıya qaldığı, mədəni irsin məqsədyönlü şəkildə talana, məhvə və qanunsuz dəyişikliklərə uğradıldığı ifadə olunub.

"İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR