Onlayn ictimai-siyasi qəzet
Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən "Şərq təranələri" festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda böyük uğura imza atıb.
Musavat.com xəbər verir ki, Pərviz Qasımov Dubayda keçirilən "Dubai Pro" bodibildinq yarışında 49 ölkə arasında finala - 4-cü yerə çıxıb.
Azərbaycanın adını beynəlxalq arenada yüksəldən idmançımız sevinc hissini Musavat.com-la bölüşüb.
Pərviz Qasımov Musavat.com-a eksklüziv açıqlamasında bildirib ki, bu qələbəsini şəhidlərimizə həsr edir:
"20 ildir ki, bodibildinqlə məşğul oluram. İlk dəfədir yarışa çıxıram. 49 ölkə arasında Azərbaycanı finala çıxardım. Finalda dördlüyə düşdüm. Gələn il keçiriləcək Olimpiadaya vəsiqə qazandım. Yarışda ilk azərbaycanlı olaraq tarixə düşdüm. Bu, ilk yarış üçün böyük bir uğurdur".
Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.
Aytən Novruz
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ