İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Məmurlar parlamentə ÇAĞIRILDI– onları HƏBS GÖZLƏYİR? -Natiq Cəfərli və Razi Nurullayev ÜZ-ÜZƏ

“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.

Bu çağırışı aprelin 22-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev edib. Deputat deyib ki, büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması onu narahat edir: “Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

Deputat əlavə edib ki, vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubu daxil olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il olduğu kimi, 2024-cü ildə də kadr islahatları davam etdirilib. Həyata keçirilən kadr islahatları dövlət idarəçiliyinin daha da müasir və səmərəli olması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır. 2024-cü ildə keçirilən kadr islahatları çərçivəsində müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda bəzi vəzifəli şəxslər işdən azad olunub. Bu proses idarəetməyə yeni nəfəs gətirilməsi, gənc və peşəkar kadrların önə çəkilməsi, habelə ölkənin inkişaf strategiyasına uyğunlaşma məqsədi güdüb.
Ancaq ayrı-ayrı məmurlardan narazılıqlar, şikayətlər, bürokratik əngəllərlə bağlı problemlər yenə də var. Bunun üçün daha hansı dəyişikliklər edilməlidir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız deputat Razi Nurullayevlə Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR