Onlayn ictimai-siyasi qəzet
9 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edən şəxsə ağır cəza verilib.
Musavat.com xəbər verir ki, cinayəti törətməkdə təqsirli bilinən 21 yaşlı Qafar (ad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bölgələrdən birində baş verib. Azyaşlı qız seksual xaraterli zorakılığa dərzidə məruz qalıb. Belə ki, azyaşlı anasının dərzidə olan paltarını götürməyə gedən zaman orada çalışan Qasım qızı aldadaraq paltardəyişmə otağına çağırıb. Orada qıza qarşı zorakılıq edərək onunla cinsi münasibətdə olmaq istəyib.
Azyaşlı onun əlindən qaça bilib və bu barədə ailəsinə məlumat verib.
Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətmədiyini deyib. Bildirib ki, azyaşlı dərzidə olan zaman başqa bir şəxsə əsəbləşdiyi üçün qışqıraraq söyüş söyüb. Azyaşlı qız da bundan qorxaraq qaçıb.
Zərərçəkmişin ailəsi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
Məhkəmə şahidlərin və zərərçəkmişlərin ifadəsinə əsasən Qasımı təqsirli bilib və ona 16 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
İ.Muradov,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ