Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil verilməsi ilə bağlı müzakirələr aparılsa da, Moskva yeni administrasiyanın bu istəyi ilə razılaşmayıb.
Musavat.com xəbər verir ki, bunu “The New York Times”a verdiyi müsahibədə Suriya prezidenti Əhməd əş-Şaraa bildirib.
Onun sözlərinə görə, Rusiya uzun illər boyu Suriya rejiminə dəstək verib və tərəflər bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid edir.
Əş-Şaraa əlavə edib ki, Suriya gələcəkdə yardıma ehtiyac duya biləcəyi üçün Rusiyanın maraqları nəzərə alınmalıdır.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ