Onlayn ictimai-siyasi qəzet
“Milan” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”i məğlub edərək, turnirin finalına yüksəlib.
“Report” xəbər verir ki, görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda Luka Yoviç dubl edib (36, 50-ci dəqiqə), Tijani Reynders isə daha bir qola imza atıb (85).
İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb.
İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək. İlk görüşdə “Bolonya” 3:0 hesabı ilə qalib gəlib. Final matçı mayın 14-də baş tutacaq.
Hazırda kubokun sahibi “Yuventus” İtaliya kubokunda ən çox qalibiyyət rekorduna sahibdir.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ