İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. 

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır", - deyə məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR