İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlayn kredit dələduzluğu: bu yolla xilas ola bilərsiniz - VİDEO

Son vaxtlar vətəndaşların adlarına onların xəbəri olmadan onlayn kredit götürülməsi ilə bağlı şikayətlər artıb.

Yaranmış vəziyyət bir çox insanın narahatlığına səbəb olub.

Bəs vətəndaşların belə bir riskin qarşısını birdəfəlik alması mümkündürmü?

Yəni vətəndaşlar əvvəlcədən özlərinin adına onlayn kredit verilməsinin dayandırılmasını tələb edə bilərlərmi?

Ekspert Ruslan Atakişili deyir ki, bu, texniki olaraq mümkündür. Yəni vətəndaşlar onlayn kredit xidmətindən könüllü şəkildə imtina edə bilərlər.

Bank məsələləri üzrə ekspert Günay Hüseynova isə deyir ki, belə bir halla üzləşən vətəndaşlar ilk olaraq adlarına kredit götürülən banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Azərbaycan Banklar Assosiasiyasından isə bildirildi ki, əgər hələ müqavilə imzalanmayıbsa, müştəri onlayn qaydada təsdiqlənmiş biznes kreditindən imtina edə bilər. Əks halda, müqavilədə nəzərdə tutulan qayda tətbiq edilir. Yəni kredit öhdəliyinə xitam verilməsi üçün müştəri tərəfindən borcun ödənilməsi zəruridir.

Daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR