İnsanlara hürriyət, millətlərə istiqlal!

Astronavtlar tələbələrlə görüşüblər

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında astronavtlarla görüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev kosmik missiyaların yerinə yetirilməsində idmanın və idman tibbinin rolundan bəhs edib.

Azərkosmosun təhsil meneceri İmran Muxtarov qurumun kosmik tədqiqatlar sahəsində gördüyü işlər, eləcə də Azərbaycanda kosmos sənayesi, bu sahədə aparıcı texnologiyaların inkişafı və gələcək layihələr haqqında məlumat verib.

Astronavtlar Koiçi Vakata (Yaponiya), Anna Kikina (Rusiya), Həzza Əl-Mənsuri (BƏƏ) və Con-Deyvid Barto (ABŞ) kosmosa uçuş təcrübələrini tələbələrlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda tələbələrə astronavtların imzaladıqları posterlər paylanılıb.

Bundan başqa, Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə astronavtları Akademiyanın Elmi-tədris laboratoriyası ilə tanış edib, burada aparılan tədqiqatlar haqqında məlumat verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR