İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə efir verən telekanal proqramının lisenziyasının ləğvini tələb edir

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində “60 Minutes” proqramının lisenziyasını ləğv etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident yazıb: "O, xəbər şousu deyil, sadəcə olaraq xəbər adı ilə pərdələnmiş vicdansız siyasi xadimdirlər və əməllərinə görə cavab verməlidirlər. Lisenziyalarını itirməlidirlər!"

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski CBS televiziyanın adı çəkilən proqramında çıxış edərək Rusiya Federasiyası ilə danışıqların əleyhinə çıxış edib və ABŞ-ni Rusiya tərəfinin fikirlərinə oxşar fikirlərə malik olmaqda ittiham edib.

Yayımdan sonra Tramp Zelenskinin adını çəkmədən yayımı tənqid edərək bildirib ki, veriliş “bütün əvvəlkiləri üstələyib”.

Donald Trampın CBS-lə uzun müddətdir davam edən münaqişəsi var. Tramp dəfələrlə televiziya şirkətini yalan danışmaqda və yalan məlumat yaymaqda ittiham edib. Ötənilki seçki kampaniyasında teleşirkət Trampın demokrat rəqibi Kamala Harrisə efirə çıxmaq üçün şərait yaratdığı və Harrisin onun imicinə xələl gətirən ifadələr işlətdiyinə görə, Trampın vəkilləri tərəfindən 10 milyard dollarlıq iddia ilə üzləşib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR