İnsanlara hürriyət, millətlərə istiqlal!

Romantika, yüksək qazanc və...- Bu gün bürcləri nə gözləyir?

Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasibətlərdə balans, anlayış və orta yol tapmaq tələb olunur. Pluton və Seres arasındakı gərgin aspekt emosional bağlanma və sahiblənmə meyllərini gücləndirə bilər. Bu da bizi sevdiklərimizdən uzaqlaşdıra və ya tərk edilmə qorxusu ilə üz-üzə qoya bilər.

Bu gün bitişlər və emosional çətinliklər mümkündür. Əqrəb bürcündəki Ay isə daxili həqiqətləri ortaya çıxarmağa, intuisiyaya güvənməyə təşviq edir.

Qoç

Venera retrosu sona çatdığı üçün sevgi və şəxsi münasibətlər sahəsində yavaş-yavaş irəliləyiş hiss edə bilərsən. Bu dövr özünü ifadə etmək, təqdir almaq və şəxsi potensialını göstərmək üçün əlverişlidir.

Buğa

Özünü və münasibətlərini daha dərindən anlamağa başlayırsan. Bu günlərdə duyğularınla üzləşmək və keçmişdən gələn qorxuları buraxmaq üçün yaxşı fürsətlər yaranır.

Əkizlər

Artıq sosial münasibətlərdə daha az gecikmə müşahidə olunur. Ətrafındakı insanlarla ünsiyyətin daha ilhamverici və yaradıcı ola bilər. Bu gün dostluqlarda qarşılıqlı anlaşma və inkişaf üçün önəmli addımlar ata bilərsən.

Xərçəng

İş və ictimai nüfuzunla bağlı məsələlər ön plana çıxır. Bu dövrdə liderlik bacarıqlarını ortaya qoymaq və məsuliyyətləri bölüşmək üçün motivasiya tapacaqsan.

Şir

Güclü fikir və istəklərlə dolu bir dövrdəsən. Bu gün və sabah özünü ifadə etməkdə və yeni istiqamətlər kəşf etməkdə daha açıq və maraqlı ola bilərsən.

Qız

Venera retrosu artıq sona çatıb, bu isə maddi və şəxsi münasibətlərdə daha aydın düşünmək imkanı yaradır. Emosional güvən və daxili motivasiyaları anlamaq önəm qazanır.

Tərəzi

Bu dövrdə şəxsi inkişaf, sevgi və yaradıcılıq ön plandadır. Sənin üçün harmonik və sağlam əlaqələr qurmaq vacib olacaq. Yeni ideyalara və kreativ fəaliyyətlərə açıqsan.

Əqrəb

Keçmişlə vidalaşmaq və daxili dəyişikliklərə açıq olmaq üçün yaxşı vaxtdır. Özünü yaxşılaşdırmağa və sağlamlıqla bağlı yeni rutinlər qurmağa diqqət yetirə bilərsən.

Oxatan

Bu gün romantik hisslər, yaradıcılıq və özünü ifadə etmək arzusu daha da güclənə bilər. Duyğusal həssaslıq artsa da, bu, inkişaf və müsbət dəyişikliklər üçün fürsət yaradır.

Oğlaq

Ailə və şəxsi məkanla bağlı məsələlər ön plana çıxır. Bu dövr münasibətləri düzəltmək və daxili rahatlıq yaratmaq üçün əla fürsətdir. Öz ehtiyaclarını daha aydın görə biləcəksən.

Dolça

Maddi məsələlər və sosial əlaqələrdə irəliləyiş gözlənilir. Eyni zamanda, yaradıcılıq və yeni ideyalar üçün əlverişli bir dövrdəsən. Geri qalmış işlərə yenidən başlaya bilərsiz.

Balıqlar

Özünü və məqsədlərini fərqli prizmadan qiymətləndirirsən. İndi həm şəxsi həm də maliyyə planlarında yeni qərarlar almaq üçün aydınlıq və cəsarət qazana bilərsən./Sfera.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR