İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçi Putinlə görüşəcək?- Kremldən CAVAB 

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin bu həftə Rusiya paytaxtına səfəri planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov rusiyalı jurnalistlərə açıqlamasında məlumat verib.

Peskov qeyd edib ki, Əraqçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərar verilərsə, bu haqda ictimaiyyətə ayrıca məlumat təqdim olunacaq:

“Əgər belə bir görüş planlaşdırılsa, bu barədə sizə öncədən məlumat verəcəyik. Amma onu təsdiqləyə bilərəm ki, Əraqçi Moskvaya səfər edəcək,” – deyə Peskov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR