Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Babken Tunyan 14 aprel tarixində İrəvanda keçirilən etiraz aksiyasında iştirak edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tunyan aksiya zamanı çıxış edərək maraqlı sözlər sərf edib: “Əgər bu partlasa, bütün sistem partlayacaq".
Qeyd edək ki, aksiya paytaxt İrəvanın Anastas Mikoyan küçəsində yerləşən altı binanın sakinləri tərəfindən təşkil edilib. Etirazçılar Mikoyan küçəsi ilə Eqvard şossesinin kəsişməsini bağlayıblar.
Yerli medianın yazdığına görə, “sakinlər uzun müddətdir davam edən qanunsuzluqlara, ədalətsizliyə və "tikinti şirkəti – bank – bələdiyyə – məhkəmə" sxemi çərçivəsində həyata keçirilən korrupsiyaya, həmçinin dövlətin öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi laqeydliyə qarşı çıxırlar”. Onlar sistematik özbaşınalığa və məsuliyyətsizliyə son qoyulmasını tələb edirlər.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ