İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-a ixracı artırıb

Bu ilin yanvar-mart aylarında Çinin xarici ticarət dövriyyəsi illik müqayisədə 0,2 faiz artaraq 1,43 trilyon dollara çatıb.

Musavat.com Çin Baş Gömrük İdarəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, üç ay ərzində Çindən ixrac 853,66 milyard dollar (artım 5,8 faiz), idxal isə 580,7 milyard dollar (azalma 7 faiz) təşkil edib.

Beləliklə, birinci rübdə Çinin xarici ticarət profisiti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artaraq 272,96 milyard dollara çatıb. Təkcə mart ayında Çinin ticarət dövriyyəsi fevralla müqayisədə 31,7 faiz artaraq 525,18 milyard dollar olub.

Çinin Baş Gömrük İdarəsinin (GAC) məlumatına görə, yanvar-mart aylarında Çin-Rusiya ticarət dövriyyəsi illik müqayisədə 6,6 faiz azalaraq 53,21 milyard dollar təşkil edib. Rüb ərzində Çindən Rusiyaya ixrac 6,3 faiz azalaraq 22,72 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac 6,7 faiz azalmaqla, 30,49 milyard dollara düşüb.

Maraqlıdır ki, birinci rübdə hazırda ticarət müharibəsində olan Çin-Amerika ticarətinin həcmi illik müqayisədə 2,9 faiz artaraq 154,58 milyard dollar təşkil edib. Bu zaman Çin ABŞ-a ixracını 4,5 faiz artıraraq 115,61 milyard dollara çatdırıb. ABŞ-dan idxalın göstəricisi 1,4 faiz azalaraq 38,97 milyard dollar təşkil edib.

Nəticədə iki ölkə ticarətində Çinin müsbət saldosu 2024-cü ilin birinci rübü ilə müqayisədə 9,1 faiz artaraq 76,64 milyard dollara çatıb. Təkcə mart ayında Çin və ABŞ arasında ticarət dövriyyəsi 52,54 milyard dollar olub (fevral ayı ilə müqayisədə 28,8 faiz artım), o cümlədən Çin mallarının tədarükü 44,3 faiz (40,06 milyard dollar) artıb. Amerika idxalı isə əksinə 4 faiz azalaraq 12,48 milyard dollara düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR