İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallının xanımı: “Ombudsmanla görüşəcəyəm”

“Əvəz bəyin səhhəti ilə bağlı sabah Ombudsmanla görüşəcəyəm”.

Bunu Musavat.com-a həbsdə olan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib. 

O bildirib ki, tezliklə həyat yoldaşının müalicəsi başlanmalıdır: “Həbsxana şəraitində onun müalicəsini aparmaq mümkün deyil. Vəkillər səhhəti ilə əlaqədar məhkəməyə müraciət etmək istəyirlər. Ombudsmanla da görüşümüz olacaq”. 

Ə. Zeynallı bildirib ki, ailəsi olaraq Əfv Komissiyasına və prezidentə müraciət ediblər:

“Onun həmin siyahıya salınıb-salınmadığını bilmirəm”. 

Xatırladaq ki, Məlahət Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevə, ombudsmana, ölkə ictimaiyyətinə və media nümayəndələrinə müraciət ünvanlayıb. Müraciətdə jurnalistdə bədxassəli şiş aşkarlandığı, artıq metastaz verdiyi və qaraciyərinə yayıldığı, tezliklə “ximiya”ya başlayacağı bildirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR