Onlayn ictimai-siyasi qəzet
Azərbaycan rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.
Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.
Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ