Onlayn ictimai-siyasi qəzet
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi ilə bağlı ümidlərini ifadə edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi sosial şəbəkələrdə məlumat verib.
"Ümid edirəm ki, Ermənistanda yerləşdirilmiş Avropa İttifaqı missiyası genişləndiriləcək. Bununla bölgədəki (Ermənistan-Azərbaycan sərhədindəki – red.) gərginliyi müşahidə etmək və qarşısını almaq mümkün olacaq", – deyə Fransanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
Xatırladaq ki, Avropa İttifaqı Şurası yanvar ayının sonunda Avropa İttifaqının Ermənistandakı missiyasının mandatını daha iki il müddətinə – 19 fevral 2027-ci ilədək uzatmaq barədə qərar qəbul edib.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ