İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR

İrəvanda hökumət binası qarşısında kiçik və orta sahibkarların etiraz aksiyası keçirilib.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, aksiya zamanı çıxış edən Kiçik və Orta Sahibkarlığın Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bildirib ki, hökumət yalnız vergi yığımı məsələsinə fokuslanır, real sektorla isə heç bir dialoq aparılmır.

Aksiyanın əsas səbəbi dövriyyə vergisinin iki dəfə artırılması ilə bağlı qanun layihəsinin 1 iyul 2025-ci ildən qüvvəyə minməsi ilə əlaqədardır. Yeni yerli qanuna əsasən, ticarət fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vergi dərəcəsi 5%-dən 10%-ə, istehsalat sahəsində isə 3,5%-dən 7%-ə qaldırılıb. Bundan əlavə, tikinti, daşınmaz əmlak, hüquq və mühasibatlıq sahəsində fəaliyyət göstərən şirkətlər də güzəştli vergi rejimindən məhrum ediləcək.

Bu dəyişikliyə qarşı 2300-dən çox sahibkarın imza atdığı petisiya artıq hökumətə təqdim edilib.

Avakyan qeyd edib ki, ölkənin müxtəlif bölgələrindən, o cümlədən çovğunlu hava şəraitində Gümrüdən belə insanlar aksiya üçün paytaxta gəliblər:

"Ən böyük problem dialoqun olmamasıdır. Burada yalnız monoloq var. Hökumət öz dediklərinin mütləq doğru olduğunu düşünür və real iqtisadi subyektlərlə heç nəyi müzakirə etmir".

Assosiasiyanın digər nümayəndələri, o cümlədən Ermənistan Mühasiblər Assosiasiyasının rəhbəri Ermine Tovmasyan yeni vergi sisteminin "kölgə mühasibatlığının" artmasına gətirib çıxara biləcəyini söyləyib. Onun sözlərinə görə, vergi dəyişikliyinin ilin ortasında tətbiqi sənədləşmə və vergi uçotu prosesində əlavə çətinliklər yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR