İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər SƏRHƏDƏ texnika və ordu TOPLAYIR: yeni müharibə? Görüntülər CANLI-da...

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi maşın karvanının hərəkəti qeydə alınıb.

Bu barədə görüntülər “Bez Tormozov” Teleqram kanalı tərəfindən yayımlanıb.

“Ermənistan silahlı qüvvələrinin fəallığının artması, təlimlərin keçirilməsi, eləcə də hindistanlı “dostlarından” alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınması – bütün bunlar onu göstərir ki, rəsmi İrəvan guya sülh istəyir, lakin onlar sülhdə maraqlı deyillər. Ermənistan təcavüzkar niyyət nümayiş etdirir və Azərbaycana qarşı təxribatlara hazırlaşır, bununla da revanşist ideyaları dəstəkləyir”, - kanal yaydığı məlumatda qeyd edib.

Maraqlısı həm də budur ki, paralel olaraq Ermənistanın daxilində də revanşistlərə geniş meydan verilib.

Belə ki, aprelin 14-də Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Ararat Mirzoyanın və hökumətin ifadə etdiyi fikirlərin əleyhinə keçirilən aksiyada daha çox revanşist meyillilər iştirak ediblər. Onlar “Qarabağ” məsələsinin bağlanmadığını vurğulayaraq hökumətin bununla bağlı siyasətinə etirazlarını bildiriblər. “Ermənistan hakimiyyətinin mövqeyi aydındır, lakin biz fikirlərimizə hörmət olunmasını tələb etməliyik. Hakimiyyət anlayışı müvəqqətidir, burada yaşayan bizik. Ararat Mirzoyan və hökumət birtərəfli qərarlar verir, biz isə buna qarşıyıq. Bir zaman fərqli qərarlar verən liderlər gələcək. Bu məsələni gündəmə gətirmək üçün çalışmalıyıq”, – etirazçılar qeyd ediblər.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR