İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna öz “Patriot”unu yaradır – Avropaya sərmayə çağırışı


Ukrayna strateji səviyyəli hava hücumundan müdafiə sistemi (HHM) hazırlayır və bu layihəyə Avropa ölkələrindən maliyyə dəstəyi istəyir.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Ukrayna artıq milli HHM sisteminin layihələndirilməsi üzərində işləyir və bu təşəbbüsün uğurla həyata keçirilməsi üçün Avropa dövlətlərini bu proqrama investisiya yatırmağa çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu sistem ölkənin hava məkanının tam müdafiəsini təmin etməklə yanaşı, Avropanın kollektiv təhlükəsizliyinə də töhfə verə bilər.

Bu addım Ukraynanın yalnız xarici silah tədarükünə bel bağlamadan, müstəqil müdafiə sənayesi qurmaq niyyətini ortaya qoyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR