İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideyn olanların beyni daha FƏRQLİ İŞLƏYİR

Uşaqların olması valideynlərin beyin fəaliyyətini gənc saxlayır.

Bu barədə "El Pais" nəşri məlumat yayıb.

"Beynin orta və yaşlı dövrlərdə funksiyasına atalığın qoruyucu rolu" adlı araşdırma "Təbiət Elmləri Akademiyasının Əsərləri" jurnalında dərc olunub. Alimlər Britaniya Biobankının beyin skanları və ailə məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, valideynlərdə əsas sensor və hərəkət şəbəkələri arasında əlaqə daha güclü olur. Bu əlaqələr adətən yaş artdıqca zəifləyir, lakin uşaqları olan şəxslərdə bu proses daha yavaş gedir.

Mütəxəssislərin qənaətinə görə, bu təsir kumulyativ (toplanan) xarakter daşıyır - yəni uşaqların sayı artdıqca neyron əlaqələr daha da güclənir.

Rutgers Universitetinin Beyin Sağlamlığı İnstitutunun professoru və araşdırmanın aparıcı müəllifi Avraam Holmson bildirib: "Bu nəticələr uşaqların olmasının əsasən stress yaratdığına dair fikri sual altına alır."

O qeyd edib ki, uşaqların tərbiyəsi valideynlərin həyat mühitini zənginləşdirir və bu, beyin sağlamlığı üçün faydalı ola bilər. Söhbət həm fiziki aktivliyin artmasından, həm sosial qarşılıqlı əlaqədən, həm də intellektual stimullaşmadan gedir.

Bununla yanaşı, daha əvvəl ABŞ-nin Corc Meyson Universitetinin alimləri analoji araşdırma apararaq, əks nəticələrə gəliblər. Onlar iddia ediblər ki, hər doğuşdan sonra qadınların telomerləri (xromosomların uclarındakı qoruyucu hissə) qısalır və bu, hüceyrə səviyyəsində qocalmanı sürətləndirir. Bu nəticə isə bəzi tədqiqatçılar və ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR