Onlayn ictimai-siyasi qəzet
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
Musavat.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də "TSC Arena"da gerçəkləşəcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ